HR SYSTEM
İşçi həyat dövrünü vahid rəqəmsal platformada idarə edən modul HR sistemi
Bütün əməliyyatlar tək bir HR platformasında
BAAU HR Automation System işçi məlumatlarını, əmrləri, məzuniyyətləri və professor-müəllim heyətinin tədris yükünü bir platformada birləşdirir. Şəxsi məlumatlar, şəxsiyyət vəsiqəsi, ünvan, əlaqə, təhsil, elmi dərəcə, ailə, hərbi uçot, əmək kitabçası və 3×4 şəkillər vahid işçi reyestrində saxlanılır.
Əmrlərin yaradılması və təsdiqi, məzuniyyət balansı və sorğuları, qeyri-iş günləri təqvimi, namizədlərin qəbulu və işçiyə çevrilməsi sistem daxilində idarə olunur. İşçi öz profilinə baxır, yeniləmə sorğusu göndərir, HR isə qərarı təsdiqləyir; bütün qərarlar audit tarixçəsində saxlanılır.
İstifadə olunan texnologiyalar
- C# / .NET 9
- ASP.NET Core Web API
- Mikroservis arxitekturası
- YARP API Gateway
- Entity Framework Core
- JWT
- Razor Pages
- SQL Server
- SkiaSharp
- Docker Compose
- Nginx
- Linux VPS
HR prosesləri
İşçi reyestri
Şəxsi məlumatlar, sənədlər, təhsil, elmi dərəcə, ailə, hərbi uçot, əmək kitabçası və 3×4 şəkillər.
Əmrlər və məzuniyyətlər
Əmrlərin yaradılması və təsdiqi, məzuniyyət balansı, sorğular və qeyri-iş günləri təqvimi.
PMH və tədris yükü
Kafedralar üzrə statistika, tarif və saathesabı hesablamaları, Excel ixracı və çap formaları.
Namizəd və vakansiya
Vakansiya elanı, müraciət, seçim prosesi və namizədin işçiyə çevrilməsi.
İşçi portalı
İşçi profilinə baxır və yeniləmə sorğusu göndərir; HR qərarı təsdiqləyir və audit saxlanılır.
Hesab və təhlükəsizlik
İş kodu ilə qeydiyyat, rol və icazələr, struktur bölməyə görə görmə dairəsi.
Bildiriş və HR çatbotu
İşçilərin HR ilə sistem daxilində operativ əlaqəsi və mərkəzləşdirilmiş bildirişlər.
Sistem modulları

Analitik panel
Aktiv işçilər, elmi dərəcələr, yaş qrupları və son fəaliyyətlər üzrə idarəetmə xülasəsi.
Bax
İşçi performansı
Qiymətləndirmə meyarları, yekun bal və inkişaf statuslarının izlənməsi.

Təqvim planı
Məzuniyyət, müqavilə, işə qəbul, təlim və HR tapşırıqları üçün vahid təqvim.

Əmək fəaliyyəti
Cari iş yeri, müqavilə, staj və əvvəlki əmək fəaliyyətinin xronologiyası.

Ailə tərkibi
Qohumluq əlaqələri, yaş bölgüsü və yaxınlaşan ad günləri.

Rekrutinq
Namizədlər, vakansiyalar, seçim prosesi, müsahibələr və şablonlar.

Vakansiya müraciəti
Namizəd məlumatları və CV yükləmə üçün təhlükəsiz müraciət axını.

Təqvim sorğusu
Qeyri-iş günü və məlumat bildirişlərinin seçilmiş işçilərə göndərilməsi.

Təlim idarəetməsi
Təlim ehtiyacları, prioritetlər, müəssisələr və planlama statusları.

PMH
Saat hesabı, tarif cədvəli və professor-müəllim heyətinin tədris yükü.

Tədris yükü
Kafedra və müəllimlər üzrə illik yükün hesablanması və təsdiqlənməsi.

Sənəd arxivi
Diplom və digər sənədlərin kateqoriyalar üzrə yüklənməsi və saxlanması.

Sənədə baxış
PDF və şəkil sənədlərinin məlumatları ilə birlikdə təhlükəsiz önizlənməsi.

İcazələr
Görmə dairəsi, rollar və hesab təhlükəsizliyinin mərkəzləşdirilmiş idarəsi.

Hesab reyestri
İstifadəçi hesablarının axtarışı, statusu və son giriş məlumatları.