Fı*ruza Jafarlı*
Rəqəmsal və Klassik
👋 Salam!
Rəqəmsal dünyada kod yazan, öyrənməyi sevən bir developer.
Mən Firuzə Polad Cəfərli, 2013–2017-ci illərdə Bakı Dövlət Universitetinin İnformatika ixtisası üzrə ali təhsil almışam. Hələ tələbəlik illərindən aktiv ictimai fəaliyyətə marağım olub; ASAN xidmət və Bakı İslam Həmrəyliyi Oyunları kimi böyük miqyaslı tədbirlərdə könüllü olaraq iştirak etmişəm. Bu təcrübələr mənə komanda ilə işləmək və təşkilatçılıq bacarıqlarını gənc yaşlardan qazandırıb.
İxtisasıma olan dərin marağım məni daim öz üzərimdə işləməyə imkan verib. İxtisasımla bağlı müxtəlif kurslara gedərək biliklərimi artırmışam. Eyni zamanda, qazandığım təcrübəni bölüşməkdən zövq almışam; uzun müddət mentorluq etmişəm və fərdi tələbə hazırlığı ilə məşğul olaraq yeni proqramçıların yetişməsinə dəstək vermişəm.
2019/20-ci ildən etibarən peşəkar şəkildə proqramlaşdırma dünyasındayam. Backend development sahəsində işləmişəm. Çalışdığım şirkətlərdə C# (WinForms, ASP.NET MVC, .NET Core) texnologiyalarından geniş istifadə etmişəm. Layihələrin memarlığında API-lərin yazılması, DevOps proseslərinin qurulması və idarə edilməsi, həmçinin verilənlər bazası (Database) ilə dəstək işləri fəaliyyətimin ana xəttini təşkil edib.
Karyeram ərzində 4 fərqli şirkətdə çalışaraq müxtəlif layihələrin hazırlanmasında və uğurla tamamlanmasında bilavasitə iştirak etmişəm. Hazırda da fəaliyyətimi həm korporativ şirkət layihələri, həm də freelance (fərdi) layihələr üzərində böyük həvəslə davam etdirirəm.
✨ Texnologiya mənim üçün sadəcə iş deyil, həm də maraq dairəmdir. Yeni texnologiyaları (AI) araşdırmağı, öyrəndiklərimi paylaşmağı və faydalı məzmun yaratmağı sevirəm.
🎹 İşdən kənar vaxtlarımda piano ifa etməyi və 📚 kitab oxumağı sevirəm. Hazırkı vaxtda ingilis dilimi intermediate səviyyəsindən upper-intermediate səviyyəsinə çatdırmaq üçün çalışıram.
🌱 Həm texnologiya sahəsində, həm də şəxsi həyatımda öyrənməyə və inkişaf etməyə davam edirəm.
Education
Software Developer
Code Academy
2018 — Baku, Azerbaijan
Informatics
Baku State University
2017 — Baku, Azerbaijan
HR Volunteer
Children's School of Arts
2010 — Zardab, Azerbaijan
Experience
Daxili Sistemlər üzrə Proqramçı (İcra Aparatı)
Bakı Avrasiya Universiteti (BAAU)
2026 — Bakı, Azərbaycan
.NET Developer
QCS – ISO Certification & Consulting Services
2024 — Bakı, Azərbaycan
.NET Developer
Morpho
2021 — Bakı, Azərbaycan
Web Developer
Uniser Group
2019 — Bakı, Azərbaycan
Tutor's Assistant
Code Academy
2018 — Bakı, Azərbaycan
Səhifəmi ziyaret etdiyiniz üçün təşəkkür edirəm!