FOOD BLOG
21 günlük fərdi qidalanma planları üçün təhlükəsiz PWA platforması
Fərdi qidalanma planları üçün qorunan rəqəmsal platforma
Bu layihə sağlam qidalanmanı asan, təhlükəsiz və müasir şəkildə idarə etmək üçün hazırlanmış digital platformadır. İstifadəçilər üçün fərdiləşdirilmiş 21 günlük meal planlar yaradılır və online PDF formatında təqdim olunur.
Hər istifadəçi sistemə şəxsi hesabı ilə daxil olur. Təhlükəsizlik məqsədilə aktiv session sistemi qurulub və istifadəçi eyni anda yalnız bir cihazdan giriş edə bilir. Abunəlik aktiv olduğu müddətdə planlara və servislərə giriş açıq olur, müddət bitdikdə isə kontent avtomatik məhdudlaşdırılır.
Hazırlanan PDF sənədləri müəllif hüquqları ilə qorunur. Hər PDF istifadəçiyə email və digər identifikatorlar kimi şəxsi məlumatlardan ibarət watermark ilə təqdim olunur. Bu, kontentin həm hüquqi, həm də texniki qorunmasını təmin edir.
Platforma PWA texnologiyası ilə qurulub: istifadəçi saytı telefon və ya kompüterə app kimi yükləyə, əsas funksiyalardan offline istifadə edə və sürətli user experience əldə edə bilir. Admin Panel vasitəsilə 21 günlük planlar, istifadəçilər, abunəliklər, PDF sənədləri və sayt kontenti mərkəzləşdirilmiş şəkildə idarə olunur.
Stabillik və scalability üçün tətbiq Docker konteynerləri ilə izolyasiya olunub, server idarəetməsi SSH protokolu ilə aparılır. GitHub Actions üzərində qurulan CI/CD pipeline kod dəyişikliklərini avtomatik test edir, build edir və serverə deploy edir.
İstifadə olunan texnologiyalar
- ASP.NET Core
- Razor Pages
- JWT
- SQL Server
- Role-based Avtorizasiya
- EF Core Code First
- AutoMapper (DTOs)
- Docker & Containers
- Linux SSH Deployment
- GitHub Actions CI/CD
Sistem qeydləri
21 günlük fərdi planlar
İstifadəçilər üçün fərdiləşdirilmiş sağlam meal planların yaradılması və PDF formatında təqdim olunması.
Secure login və session management
Hər istifadəçi üçün şəxsi hesab və eyni anda yalnız bir cihazdan giriş imkanı.
Subscription sistemi
Abunəlik aktiv olduqda kontentə giriş, müddət bitdikdə avtomatik məhdudlaşdırma.
Copyright-protected PDF
Watermark-lı PDF sənədləri ilə kontentin hüquqi və texniki qorunması.
PWA və Admin Panel
App kimi yüklənmə, offline core functions və admin üçün mərkəzləşdirilmiş idarəetmə.
Docker və CI/CD
Docker containers, SSH deployment və GitHub Actions ilə automated test/build/deploy prosesi.